!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT İRAD: “Bu, genefondumuza böyük zərbədir”

!Reklam – Yazi

“Keyfiyyətsiz musiqilər insanların zövqünü də korlayır. Bu musiqilər genefondumuza böyük zərbədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri ustad xanəndə, Xalq artisti Mənsum İbrahimov deyib. Xanəndə efirlərdə ayaq tutub yeriyən keyfiyyətsiz musiqilərin baş alıb getdiiyni və bunun qarşısının alınması üçün əsl sənətkar və ziyalılardan ibarət bədii şuranın yaradılmasını təklif edib.

Xalq artisti bir neçə il öncə telekanallarda yaradılan bədii şuraların fəaliyyətsiz olduğunu da vurğulayıb:

“Bir neçə il öncə bütün telekanallarda bədii şuralar yaradıldı. Çox təəssüflər olsun ki, bu bədii şuraların hamısı formal xarakter daşıdı. Yəni işləmədi. Hər halda, fəaliyyət göstərsəydilər, vəziyyət belə olmazdı.

Hesab edirəm ki, sənətkarlar və ziyalılardan ibarət bədii şura yaratmaq lazımdır ki, bu işlərə ümumi nəzarət etsinlər. Elə olsa, keyfiyyətsiz musiqilərə də yer olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü də korlayır. Bu, genefondumuza böyük zərbədir, yetişən gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir göstərir”.

Cəvahir

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv