!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT İRAD: “Bu gün ortaya çıxarılası bir müğənni yoxdur, hamısı…”

!Reklam – Yazi

“Bu gün ortaya çıxarılası bir müğənni də yoxdur. Hanı İlhamə Quliyevalar, Flora Kərimovalar, Elmira Rəhimovalar? Mahnı janrı bərbad vəziyyətdədir…”

Bunu bu gün mahnı janrının düşdüyü bərbad vəziyyətlə bağlı fikirlərini bölüşərkən tanınmış bəstəkar, Xalq artisti Oqtay Rəcəbov Yenicag.az-a açıqlamasında deyib.

Bəstəkar əvvəlki illərdən fərqli olaraq bu gün əvvəlki hitlərin yaranmadığını təəssüf hissi ilə bildirib. Xalq artisti bunun səbəblərini də izah edib:

“Hər bir bəstəkar mahnı yaza bilmir. Bakı Musiqi Akademiyasında əsasən ciddi musiqilər yazan tələbələr yetişdirilir. Yaxşı olardı ki, ciddi janrda musiqi əsərləri ilə bərabər, mahnı janrında da musiqilər bəstələyən bəstəkarlar da yetişdirilsin. Vaxtilə Tofiq Quliyev mahnı janrında yazdığı əsərləri ilə bütün dünyada tanındı. Mahnı yazmaq heç də simfoniya yazmaqdan asan deyil. Əvvəllər Azərbaycan televiziyasında Bədii Şura var idi. Bəstəkarlar ayda bir dəfə iki-üç mahnını dövlətə satırdı. Dövlət həmin mahnının həm aranjimanını, ifasını üzərinə götürürdü. Bədii Şuranın seçdiyi mahnılar müğənnilərə verilirdi və efirdə həmin mahnılar səsləndirilirdi. Bu gün o qurum yoxdur. Kim nə istəyir, onu da oxuyur. Ona görə də “üçgünlük” mahnılar baş alıb gedir. Həmin mahnılar toyxanalarda oxunur. Bununla o müğənnilər toya gələn insanların zövqünü də korlayır. Həm də bu gün ortaya çıxarılası bir müğənni də yoxdur axı. Hanı İlhamə Quliyevalar, Flora Kərimovalar, Elmira Rəhimovalar? Mahnı janrı bərbad vəziyyətdədir. Təəssüf ki, həmin mahnıları efirə buraxırlar”.

Cəvahir

www.yenicag.az

2147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv