!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT İRAD: “Efirə saqqallı çıxır, baxıb əsəbiləşirəm”

!Reklam – Yazi

“Görmüşdük hacılar, imamlar, şeyxlər saqqal saxlayar. Yoxsa ki, son vaxtlar hara baxırsan saqqallılardır, hər yerindən duran saqqal saxlayır”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Ənvər Həsənov deyib.

Aktyor tanınmışların da efirə saqqallı çıxdığını, aktyorların seriallarda saqqalla çəkildiyini və belə insanları görəndə əsəbiləşdiyini bildirib.

“Şəhərə çıxırsan hamı saqqallı, toya gedirsən hər kəs saqqallıdır. Mən bunu qəbul etmirəm. Efirə də belə tərzdə çıxırlar. Hətta seriala çəkilənlər də saqqallıdır. Gül kimi sənin azərbaycanlı siman var, boy-buxunun, qamətin, danışığın, diksiyan yerindədir. Nəyə lazımdır axı bu saqqal. Mən özüm də vaxtilə ancaq  filmlərə çəkiləndə saqqal saxlamışam. Çəkildiyim obrazlar bunu tələb edib. Çəkiliş bitəndən sonra yenə də saqqalı qırxmışam. Yəni sözümün canı budur ki, peşənlə, məşğul olduğun işlə əlaqədar lazım olanda saqqal saxlamaq olar, amma daima yox. Bu, mənim xoşuma gəlmir. Düzünü deyim ki, serialda saqqalı aktyor görəndə əsəbiləşirəm, mənə pis təsir edir”.

Cəvahir

www.yenicag.az

878
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv