!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT QINAQ: “Onları topa-tüfəngə tutmaqdansa...”

!Reklam – Yazi

“Bu gəncləri topa-tüfəngə tutmaq lazım deyil. Əksinə onlara kömək etmək lazımdır”.

Bunu kommersiya filmləri çəkən gənc rejissorlarla bağlı səslənən tənqidi fikirlərə münasibət bildirərkən tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.

Rejissor bildirib ki, onlara da şans vermək lazımdır:

“Böyük sənətkarlarımız vaxtilə filmlər çəkəndə onlarla bərabər digər rejissorlarımız da olub. Amma ələnib ələkdən keçiblər. Yaxşılar kino tarixində qalıb, diərləri isə sıradan çıxıb. Alim Qasımov sənətə gələndə onunla birgə nə qədər gənc muğam ifaçıları var idi, amma Alim parladı. Bu rejissorlara da şans vermək lazımdır. Qoy çəksinlər, elin gözü tərəzidir. O filmlərə baxan tamaşaçı nəyin pis, nəyin yaxşı olduğunu anlayacaq. Zaman hər kəsin dəyərini verəcək. Sənətdən xəbəri olmayanlar ələnəcək. Yoxsa ki, bu sənət adamlarını qınayıb, tənqid edib, üstünə qılınc çəkmək düzgün deyil. Onlar da zülüm-zillətlə, oradan-buradan pul tapıb nəsə çəkmək istəyirlər. Pul vermirsən, barı dəstək ver”.

Xalq artisti özü də həmin gənclərin filmlərində çəkildiyini bildirib:

“Məni də dəvət edirlər, çəkilirəm. Gənclərə dəstək olmaq vacibdir. Bu günlərdə “Qış nağılı” adlı filmdə çəkildim, çox da xoşuma gəldi”.

Cəvahir

www.yenicag.az

777
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv