Xalq artisti Nisə Qasımovanın ailəsinə ağır itki üz verib. Sənətkar qardaşını itirib.
Bu barədə Yenicag.az-a danışan xalq artisti göz yaşına hakim ola bilməyib:
“Bu ailəmizin, nəslimizin ağır itkisidir. Dözə bilmirəm, çox ağırdır. Danışa bilmirəm. Bacımla, əzizlərimlə birgə ölüb-qurtarmışıq. Mən də onunla öldüm”.
Qeyd edək ki, sənətkarın qardaşı 78 yaşında, uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Cəvahir