!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinə gözlənilməz SÜRPRİZ: Gəlini doğum günündə nə hədiyyə etdi?

!Reklam – Yazi

“Ən böyük arzum nənə olmaqdır”.

Bunu doğum gününü qeyd edən sevilən aktrisa, Xalq artisti Həmidə Ömərova Yenicag.az-a açıqlamasında deyib.

İlk təbriki və hədiyyəni övladı və gəlinindən alan aktrisa təəssüratlarını bölüşüb:

“Gecə bağdan evə gəldim. Televizora baxırdım, işıqlar söndü, qəfildən oğlum və gəlinim oynaya-oynaya tort gətirib qarşıma qoydular. Tortu gəlinim öz əlləri ilə bişirmişdi. Gəlinim mənə qızıl üzük bağışladı, oğlum isə ətir və sevdiyim şokaladları. Ən böyük arzum nəvələrimi görməkdir. Telefonum susmur, hədiyyələr və təbriklər alıram. Gənc bir rəssam mənə həyatımın 3 yaş dövrünü əhatə edən rəsm əsəri bağışladı. Təbriklər hələ davam edir”.

“İndiyə qədər arzuladığınız, amma ürəyinizdə qalan, oynamadığınız bir obraz oldumu?” sualını aktrisa belə cavablandırıb:

“80-ci illərdə “Azərbaycanfilm”in çəkdiyi əksər filmlərdə baş rolları oynamışam. Təbii ki, ürəyimdə qalan obrazlar da olub. O vaxt rejissor Gülbəniz Əzimzadə mənə dedi ki, artıq elə bir yaradıcılıq mərhələsindəsən ki, seçim etməlisən, hər obraza çəkilməməlisən. Mən onun dediyi kimi bir neçə böyük filmlərdə baş rolları oynamaqdan imtina etdim. Amma zaman keçəndən sonra buna görə peşman oldum və səhvimi anladım. Kaş ki o zaman həmin baş rollara çəkiləydim. Cavanlara tövsiyə edirəm ki, mənim səhvimi təkrarlamasınlar, onlara həvalə olunan bütün obrazları oynasınlar. Bunu etməsələr, sonradan peşman olacaqlar”.

Cəvahir

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv