Vəzifə verilən xalq artisti: “Həmişə arzum olub ki…”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsasən opera müğənnisi, Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor təyinat edilib.

Vəzifə verilən xalq artisti Yenicag.az-a açıqlama verib:

“Həmişə arzum olub ki, istedadlı tələbələr yetişdirim. Onlar həm Azərbaycanda, həm də dünyada mədəniyyətimizi təmsil və təbliğ etsinlər. Öz məktəbim də var, istedadlı yetirmələrimin sorağı hər yerdən gəlir. Direktor təyin olunduğum məktəbdə də təcrübəmi bölüşərək, istedadlı gənclərin yetişməsinə dəstək olacam. Həmişə istəmişəm ki, klassik musiqimiz inkişaf etsin və dünyada tanınsın”.

Cəvahir