!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinə yubiley hədiyyəsi - FOTO

!Reklam – Yazi

Akademik Milli Dram Teatrında xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub.

Yenicag.az xəbər verir ki, gecədə tanınmış sənət adamları iştirak edib. Teatrın bədii rəhbəri Azər Paşa Nemətov mədəniyyət naziri Əbülfəs Qarayevin xalq artistinə ünvanladığı təbrik məktubunu oxuyub.

Xalq artistləri Hacı İsmayılov və Ramiz Novruzov Bəsti Cəfərovanı təbrik edib. Təbriklərdən sonra yubilyarın iştirakı ilə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında hazırlanan “Qətibə İnanc” tamaşası nümayiş olunub.

Tamaşanın yeni səhnə versiyasının quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Xatırladaq ki, ilk dəfə “Qılınc və qələm” əsərini 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.

Cəvahir

www.yenicag.az

2864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv