!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistini həyəcanlandıran QAYIDIŞ: “Həkimin sözünə uşaq kimi inanmışdım”

!Reklam – Yazi

“Ayağımda əməliyyat aparılanda, həkimə ilk sualım bu oldu ki, nə vaxt səhnəyə çıxa bilərəm?”

Ötən ilin yanvarında Lənkəranda qastrol səfərində olarkən yıxılaraq ayağından zədə alan Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Əzimovun müalicəsi hələ də davam edir.

Bu barədə Xalq artistinin özü Yenicag.az-a açıqlamasında danışıb. O, yaxnı günlərdə yenidən müayinə olunacağını, səhhəti imkan verəcəyi təqdirdə, səhnə fəaliyyətini bərpa edəcəyini bildirib:

“Əməliyyat zamanı ayağıma implant qoyuldu. Ağrılarım tam aradan qalxmayıb. Həkimlər ayağımı gücə salmamağımı tapşırıb. Bir həftəyə rentgen müayinəsi olunmalıdır.

Əgər həkimlər məsləhət bilsə, teatrda məşqlərə başlamağı düşünürəm. Çünki səhnədən kənarda qalmaq mənə çox çətindir. Ayağımda əməliyyat aparılanda, həkimə ilk sualım bu oldu ki, nə vaxt səhnəyə çıxa bilərəm? Dedi, əməliyyatdan sonra. Uşaq kimi bu sözlərə inanmışdım. Amma vaxt uzandı.

Şükürlər olsun ki, bərpa prosesi sabit oldu. Ağrılarımın tez keçməsini səbirsizliklə gözləyirəm. Teatrın rəhərliyi və kollektivi də mənə baş çəkir, hal-əhval tutur. Əslində, keçən ay işə çıxmağı düşünürdüm, rəhbərlik mənə dedi ki, tamamilə sağal, əsas olan sizin sağlamlığınızdır. Sağ olsunlar, mənə dəstək göstərdilər”.

Cəvahir

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv