Xalq artistinin doğum günüdür: “Qeyd etməyəcəm”

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovun doğum günüdür. Bu gün xanəndə 90-ın kürəyini yerə vurur.

Təəssüratlarını Yenicag.az-la bölüşən xanəndə yeni yaşını qeyd etməyəcəyini bildirib:

“Sənədlərdə 89, əslində isə 90 yaşım tamam olur. Doğum günlərimi qeyd etməyi sevmirəm. Bu günü də adi günlərdən biri kimi yaşayıram. Dostlar, sevənlər təbrik edir, sağ olsunlar”.

Səhhətində problemlər yaşayan xanəndə hazırda özünü yaxşı hiss etdiyini deyib:

“Yaş öz sözünü deyir. Bu yaşda necə olmalıyam ki?..”

Cəvahir

COP29