!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin ən böyük ARZUSU: “İstəyirəm yaddaşlarda unudulmayan sənətkar kimi qalım” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Özümə çox güvəncliyəm və Allahımdan güc alıram, məni həyatda saxlayan da budu”.

Bu gün Xalq artisti Səidə Quliyevanın doğum günüdür. Bənzərsiz obrazları ilə tamaşaçılarının sevimlisinə çevrilən aktrisa özəl günündə təəssüratlarını Yenicag.az-la bölüşüb:

– Mənim üçün doğum günü adi bir gündür. Amma sevənlərimdən o qədər çox təbriklər alıram, xoş sözlər eşidirəm ki, bu diqqət və sevgi məni sevindirir, ruhlandırır. Bu sevginin qarşılığında bir aktrisa olaraq özümə, yaşıma uyğun rollar oynayıb, həm tamaşaçılarımı, həm də özümü sevindirmək istəyirəm.

– Bəs arzuladığınız, amma hələ də oynamadığınız rollar varmı?

– Mən bu suala heç vaxt cavab vermirəm. Mənim düşüncəmdə, ürəyimdə nə rol qala bilər? Yalnız rejissorlarımızın düşüncəsində olum. Yalnız onu düşünürəm ki. rejissorlarımızın gözündə necəyəm. Hərdən elə insanlara rast gəlirəm çox şeylər istəyirlər. Arzulular tükənməzdir, təki istəsinlər. Mən isə aktrisa olduğuma görə yalnız rejissorlarıma deyə bilərəm ki, tamaşaçının zövqünə və öz xarakterimə uyğun rollar versinlər, mən də sevə-sevə tamaşaçılarıam çatdırım.

– Bu günün sənət dünyası ilə bağlı hər hansı narahatlığınız varmı?

– Mən ümumiyyətlə, narahat insanam. Təbiətən, dünyaya gəldiyim andan narahatam və bu günə qədər də belə davam edir. Yəqin elə bu dünyadan da narahat gedəcəm. Rahat insanlara həmişə qibtə etmişəm. Anam məni belə doğub. Ailədə də, işdə də belədir, rahat dəqiqəm yoxdur.

– Bu xasiyyətiniz sizi yormur?

– Yorur, əlbəttə, çox yorur. Amma neynim ki, naturam belədir. Sakit insan deyiləm, qəlbən içim qaynayır. Beyin daima işləyir, götür-qoy edir. Özümə çox güvəncliyəm və Allahımdan güc alıram, məni həyatda saxlayan da budur.

– Rənglərə bölsək, ömrünüzü hansı rənglər daha çox əhatə edib: boz, qara, yoxsa əlvan?

– Xoruz ili, balıq bürcündənəm, rəngarəngliyi çox xoşlayıram. Daim eyni rəngdə qalmağı sevmirəm. O rəngləri həyatımın yaşam tərzinə aid edirəm. Bu rəngarəngliyin içində hazırda yaşıl rəngi sox sevirəm. Son zamanlar çalışıram ki, əynimdə də, düşüncəmdə də yaşıl rəng olsun.

– Ümid rəngi…

– Heç bunu bilmirdim, nə yaxşı…

– Efirlərə az-az çıxırsız. Niyə?

– Gündə-gündə efirə çıxmaq istəmirəm Bu gün bəzən görürsən, gənclərimiz sənətkarlarımızı unudur. Mən istəyirəm tamaşaçımın yaddaşında, qəlbində unudulmayan sənətkar kimi qalım.

– Doğum günündə ən böyük arzunuz nədir?

– Ən böyük arzum övladımla bağlıdır. Onun uğurunu, xoşbəxtliyini həyatımın ən böyük mənası kimi qəbul edirəm.

Cəvahir

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv