!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin NAKAM QALAN ARZUSU: “Alınmadı...”

!Reklam – Yazi

“Çox rollar olub ki, arzuladım, istədim oynayım, amma oynaya bilmədim”.

Yenicag.az xəbər verir ki, bunu tanınmış aktrisa, Xalq artisti Fatma Mahmudova deyib.

O, arzuladığı, amma hələ də oynamadığı obrazdan danışıb:

“Çox rollar olub ki, arzuladım, istədim oynayım, amma oynaya bilmədim. Bu gün də sual versələr ki, hansı obrazı oynamaq istəyirsən, həmin obrazın adını çəkərəm: Alber Kamyunun əsərində ana obrazı… Bilmədən öz oğlunu öldürən bir ana obrazıdır. Özümün də içimdə bir övlad yanğısı var idi, ya nədənsə, o obraz ruhuma çox yaxındır.

Hamı məni komediya aktrisası kimi tanıyır. Elə bilirlər, yalnız komediya obrazlarını oynayıram. Elə deyil. Daha çox faciəvi-dramatik aktrisa olmuşam. Elə oynadığım faciə roluna görə də 1989-cu ildə Əməkdar artist fəxri adına layiq görülmüşəm”.

Cəvahir

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv