!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin nazirdən GÖZLƏNTİSİ: “Vaxtilə çəkilən filmlər tarixdə qaldı, indikilər isə...”

!Reklam – Yazi

“Bir-iki saqqallı oğlan kompüterin qabağında oturub nəsə çəkirlər, adını da qoyurlar kino”.

Bu sözləri milli kino sahəsinin düşdüyü acınacaqlı durumdan danışan Xalq artisti Ənvər Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Səhhətində ciddi problemlər yaşayan, xəstəliklərlə mübarizə aparan aktyor yeni filmlərin ərsəyə gəlməsi üçün mədəniyyət nazirindən dəstək gözlədiyini bildirib:

“Kinomuz bərbad durumdadır. Bir-iki saqqallı oğlan kompüterin qabağında oturub nəsə çəkirlər, adını da qoyurlar kino. Kompüterlə də kino çəkərlər? Kino çəkiliş meydanlarında çəkilir.

Film çəkilməsi üçün ilk növbədə kadrlar lazımdır. İndi yoxdur əvvəlki kadrlar. Vaxtilə çəkilən o filmlər tarixdə qaldı, indikilər nə çəkir ki tarixdə də qalsın?

Zəng edib mənə deyirlər, ay Ənvər müəllim, yaxşı ki o dövrdə gözəl filmlər çəkilib, hər dəfə o filmlərə sevə-sevə baxırıq. İndi niyə çəkilmir?

Cavab verə bilmirəm. Nə deyim? Yeni mədəniyyət nazirindən gözləyirəm ki, kinoya pul ayırsın, kino istehsalı bərpa olunsun. Çox az adam qalmışıq: mən, Rafiq Əzimov, Əbdül Mahmudbəyov, Rasim Balayev…

Biz də elə gözləyə-gözləyə qaldıq. Səhhətimizdə də problemlər yarandı. İnfarkt keçirdim, daha sonra dekabrda əməliyyat olundum, hələ də ağrılar içində yaşayıram”.

Cəvahir

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv