!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artistinin qızı: “Yalandır, atam xəstəxanadan evə buraxılmayıb”

!Reklam – Yazi

“Atamı evə ikigünlük gətirmişik. Şənbə-bazar gətirmişəm, ev şəraitində də müalicəsi davam edir. Testin cavabını gözləyirik. Yenidən xəstəxanada müalicəsi davam edəcək… Amma birdəfəlik evə buraxılması yalan xəbərdir”.

Bunu Xalq artisti Ənvər Həsənovun qızı atasının müalicə olunduğu xəstəxanadan evə buraxılması ilə bağlı xəbərə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

Aktyorun qızı atasının durumu barədə də danışıb:

“Atam Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Samirə həkimin sayəsində ağır vəziyyətdən çıxıb. Çox narahat idi, evi istəyirdi, baş həkim və öz həkimi dedi, aparın evinə, bir az rahatlansın, yenə xəstəxanaya qayıdar, müalicəsini davam etdirərik. Şənbə-bazar gətirmişik”.

Qeyd edək ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası olunub. Onun koronavirusa yoluxduğu müəyyən olunub.

Cəvahir

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv