Xalq artistinin qızına BİR MİLYONLUQ TƏKLİF – ŞOK

Xalq artisti Zümrüd Məmmədova film təqdimatlarının birinə qızı ilə birgə qatılıb.

Ana-bala Yeniçağ.az-ın fotokamerasına poz verib. Yeganə övladı ilə fəxr etdiyini deyən Z. Məmmədova qızının gözəl bəstəkar olduğunu deyib:

xalq1“İlahə Azərbaycandan çox xarici ölkələrdə tanınır. Bir çox Avropa ölkələri ona sifarişlə musiqilər yazdırıb. Böyük layihələrin müəllifidir. SOCAR-ın himnini də qızım yazıb. Bu yaxınlarda qızıma Macarıstandan təklif gəldi. Bir il müddətinə həmin ölkədə yaşayıb, musiqi layihələri gerçəkləşdirmək üçün ona bir milyon qonorar və ev təklif etdilər. Müqavilə bağlayıb, orda qalmalıydı. İrihəcmli musiqi əsərləri yazmalıydı. Onu mən qoymadım. Çünki bircə qızım var, onun da gözümün qabağında olmasını istəyirəm. Uzaqda olsa urəyim partlayar”.

xalq6Qeyd edək ki, 23 yaşlı İlahə Bakı Musiqi Akademiyasını bitirib, xalq artisti Arif Məlikovun yetirməsidir.

Cəvahir
Yeniçağ.az