!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin SƏHHƏTİ AĞIRLAŞDI: “Kömək edin, muğam səhnəsini Könülsüz qoymayın”

!Reklam – Yazi

“Hər an əleyhimə işləyir. Sizdən dəstək olmağınızı xahiş edirəm. İnanıram ki, Azərbaycanın muğam səhnəsini Könülsüz qoymayacaqsız”.

Yenicag.az xəbər verir ki, bu sözləri ağır xəstəliklə mübarizə aparan xalq artisti Könül Xasıyeva yenidən xalqa müraciət edib, imkanlı şəxslərdən və ən əsası sənət dostlarından kömək istəyib:

“İmkanlı insanlara üzümü tutub müraciət edirəm. Allah bütün validenylərə övladlarının xoş gününü görməyi nəsib etsin. Zaman elədir ki, heç nəyi gözləmir. Hər an əleyhimə işləyir. Sizdən dəstək olmağınızı xahiş edirəm. İnanıram ki, Azərbaycanın muğam səhnəsini Könülsüz qoymayacaqsız. Ən əsası 40 yaşımda Allahın mənə bəxş etdiyi ən böyük mükafatım olan Kazımı anasız qoymayacaqsız. O körpədir, o günahsızdır. Gələn ayın 17-si cəmi 15 yaşı tamam olur. Hələ işləyib pul qazanmaq imkanı yoxdur. Mən olmasam, Kazımın da yaşamaq şansı sıfırdır. Bu üzdən imkanı olan, dəstək ola biləcək insanlardan, bacılarımdan, qardaşlarımdan, dostlarımdan, ən əsası da illərlə çiyin-çiyinə çalışdığım sənət yoldaşlarımdan xahiş edirəm. Çətin gündə mənə dəstək olsanız, gec olmadan əməliyyat olunsam, sənətimə və Kazımıma qovuşmuş olaram”.

Cəvahir

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv