!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsult keçirən Xalq artistinin son durumu açıqlandı - YENİLƏNDİ

!Reklam – Yazi

Xalq artisti Ənvər Həsənov insult keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür xəstəxanadadır:

“Yanvarın 9-da aparmışdıq xəstəxanaya. Özünü yaxşı hiss etmirdi. Cümə günü xəstəxanada insult keçirdi və daha da ağırlaşdı. İki gün reanimasiyayada qalandan sonra palataya köçürüldü. Müalicəsi davam etdirilir”.

***16:22

Azərbaycanın Xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti dünən qəfildən pisləşib:

“Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hal-hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir”, – V.Ayan deyib.

Qeyd edək ki, Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv