!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin SİYASİ TƏRCİHİ: “O nəinki Azərbaycanı, bütün dünyanı idarə edə bilər”

!Reklam – Yazi

“İlham Əliyev qədər sənətkarlara dəyər verən, onlara qayğı göstərən ikinci prezident yoxdur”.

Bu sözləri 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşən Xalq artisti, ustad tarzən Möhlət Müslümov Yenicag.az-a açıqlamasında deyib.

O, xalqın Azərbaycana zəfər sevinci yaşadan dövlət başçısına seçkilərdə yekdilliklə səs verəcəyini bildirib:

“Seçkilər olsa da, olmasa da, bizim əbədi prezidentimiz var. Düşünürəm, bu dəfə xalq yekdilliklə, bir nəfər kimi Prezidentimizə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə səs verəcək.

O elə bir prezidentdir ki, nəinki Azərbaycanı, bütün dünyanı idarə edə bilər. Bizim dövlət başçısı kimi işini, harada, nəyi, necə etməyi bilən, uğurlu siyasəti ilə bütün dünyada tanınan başqa bir prezident harada var?

Biz incəsənət adamlarıyıq, tarımla dünyanı gəzmiş adamam. Hər yerdə də deyirəm, İlham Əliyev qədər sənətkarlara dəyər verən, onlara qayğı göstərən ikinci prezident yoxdur.

Həm sənət adamı, həm də Azərbaycan vətəndaş kimi həmişə xalqın arasında olmuşam və görürəm ki, hamı mənim dediyimi deyir. Bu dəfə prezident seçkilərində bütöv Azərbaycan olaraq səs verəcəyik. Hamımız bizə zəfər sevincini yaşadan, torpaq həsrətinə son qoyan prezidentimizin yanındayıq.

Dünən əsirlikdə olan iki balamızın əsarətdən qurtulması xəbərini eşidəndə, sevincimdən ağladım. Bu sevinci bizə yaşadan məhz prezidentimizdir. Bu uğur onun yürütdüyü ağıllı siyasətin nəticəsidir”.

Cəvahir

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv