!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin SON VƏSİYYƏTİ: “Dedi, bunu sənə əmanət edirəm” - Xanımı ilk dəfə AÇIQLADI - FOTOLAR

!Reklam – Yazi

“Çox yerlərə müraciət etdi, “heç olmasa, tamaşa hazırlamağıma icazə verin”, – dedi, amma dinləyən olmadı”.

Bu sözləri mərhum rejissor, Xalq artisti, Ağakişi Kazımovun doğum günü ilə bağlı fikirlərini bölüşən xanımı, aktrisa Mehriban Abdullayeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa ustad rejissorun ona son vəsiyyətini də açıqlayıb:“Bu gün onun doğum günüdür, 88 yaşı tamam olacaqdı. İndi mən ancaq xatirələrlə yaşayıram.Yaxşı ki tez-tez yuxuma gəlir. Həmişəki kimi teatrda məşq edirik, o an özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm. Elə bil yuxu yox, həqiqətdir. Kaş yuxular bitməzdi, yenə teatra gələrdi, aktyorları səhnəyə yığıb həmişəki coşqu, həvəslə məşqə başlayardın.

Biz onun məşqlərindən çox şey öyrəndik, nizam-intizamı, işə ciddi münasibəti, rol üzərində işləməyi və çox şeyləri… Ürəyi həmişə sənətlə döyünürdü. Son anına qədər teatr deyə-deyə qaldı, məşq eləmək istəyidi. Çox arzuları var idi. Neçə əsərlər elə qovluğunda gözləyə-gözləyə qaldı. Heç nə onu həyatda yıxa bilməzdi, amma teatrdan kənarlaşdırılması onu mənən yıxdı.Çox yerlərə müraciət etdi, “heç olmasa, tamaşa hazırlamağıma icazə verin”, – dedi, amma dinləyən olmadı. Xəstəlik getdikcə ona güc gəldi. Ölüm yatağında mənə dedi, Mehri, arxivimi sənə əmanət edirəm, nəyi bacarırsan, saxla. Bilmirəm nə dərəcədə bunu bacardım, ya yox, amma bir çox əşyalarını, sənədlərini Arxiv və Kino Fonduna, Teatr muzeyinə bağışladım.

Yenə də başqa fikirlərim var, Allah möhlət versə, yerinə yetirəcəyəm, İnşallah. Onu yox ikən yaşatmaq borcumdu, bəlkə bu mənə bir təsəlli olar. O, həmişə sevənlərin qəlbindədir, hər zaman sevgi ilə yad edilir. Teatr sənəti yaşadıqca, onun da quruluş verdiyi tamaşalar var olacaq. Böyük sənətkar, məkanın cənnət olsun. Sən həmişə mənim ürəyimdəsən”.

Cəvahir

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv