Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Xalq şairi Sabir Rüstəmxanlı” elmi araşdırmalar toplusu çap edildi

AMEA Nizami adına Ədəbiyyat institunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı “Xalq şairi Sabir Rüstəmxanlı” adlı elmi araşdırmalar toplusu çap edilib.

Yenicag.az xəbər verir ki, “Sənətkarın elmi pasportu” silsiləsindən buraxılmış, 484 səhifəlik kitaba institutun direktoru, akademik İsa Həbibbəyli “Xalq şairi Sabir Rqstəmxanlı: millilik, vətəndaşlıq və müasirlik” adlı geniş Ön söz yazıb.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, fəlsəfə elmlər dokturu Rahid Uluselin, filologiya elmləri doktorları Salidə Şərifova və Mərziyyə Nəcəfovanın, filologiya üzrə fəlsəfə doktorları Qurban Bayramov və Bahar Bərdəlinin, böyük elmi işçi Mənzər Niyarlınnın, kiçik elmi işçi Hənifə Səlifovanın yazdıqları bölümlərdə yazımçının həyatı, ədəbi və ictimai- siyası fəaliyyəti bütün cəhətləri ilə araşdırılıb, yüksək peşəkarlıqla dəyərləndirilib.

Kitabın sonunda Turan Qasımovanın hazırladığı geniş ədəbiyyat siyahısı verilib.

www.yenicag.az

186
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100