!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq şairi telekanallara səsləndi: "Ağlaşmanı yığışdırın"

!Reklam – Yazi

Xalq şairi Vahid Əziz karantin günlərində telekanallarda nümayiş olunan bir çox filmlər və verilişləri tənqid edib.

Yenicag.az-a açıqlama verən şair insanların üzündə təbəssüm yaradan, əhvalını yüksəldən verilişlərə ehtiyac olduğunu deyib:

“Karantin rejiminə uyğun olaraq insanlar evdə qalır. Onların immuniteti yüksək olmalıdır. İmmuniteti də yaradan yüksək əhval-ruhiyyə və D vitaminidir. Heç olmasa, mənim balkonum var, havaya çıxıram. Eləsi var heç balkonu yoxdur ki, çıxıb hava alsın, D vitamini qəbul etsin. Onların vaxtının maraqlı keçməsi, əhval-ruhiyyələrinin yüksək olması üçün telekanallar keyfiyyətli verilişlər təqdim etməlidir. Haçan baxırsan ağlaşma, qorxulu filmlər göstərirlər. Bu da onsuz da stresli olan insanları daha da stresə salır. Bu ağlaşma, qorxunc filmlərlə onların immun sistemini zəiflətmək yox, xoşbəxtlik duyğusu verən pozitiv və maraqlı proqramlar lazımdır. Milli kinomuzun o qədər gözəl filmləri var, hər gün verilsin efirə, insanlar baxsın, zövq alsın, ürəkləri açılsın. Həm də gənclər Azərbaycan filmlərini görsünlər, tanısınlar”.

Şair müğənnilərin eyvanlarında və sosial şəbəkələrdə verdiyi canlı konsertlərə də münasibət bildirib:

“Müğənnilərin konsertləri təqdirəlayiqdir. İnsanlara pulsuz konsert verir, karantin günlərində heç olmasa onlara mənəvi zövq bəxş edirlər”.

Cəvahir

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv