!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq şəhidləri üçün BİRLƏŞDİ: "Cəmiyyətimiz dar gündə bir-birinin yanında ola bilir"

!Reklam – Yazi

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribat nəticəsində Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə 50 hərbi qulluqçumuz şəhid olub. Ötən gündən etibarən artıq şəhidlərin dəfn mərasimləri keçirilir.

Dəfn mərasimlərində cəmiyyətin birlik nümayiş etdirməsinə münasibət bildirən sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, toplum dar gündə bir-birinin yanında ola bilir:

“Bir şəhid bir ailənin, nəslin balası deməkdir. Ümumiyyətlə, xalqımız şəhid məsələsində çox həssasdır. 90-ci illərdən etibarən bu vəziyyət belədir. Şəhid deyəndə axan sular durur, insanlarımız birlik nümayiş etdirə bilirlər. Cəmiyyətimiz dar gündə bir-birinin yanında ola bilir. Sosial şəbəkələrdə SOS uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovla bağlı görünütülər yayılıb. Kirayə yaşadığı evin həyətində nəşi qoyulub və qonşuluqda yaşayan 5-6 qadın ağı deyir. Bəziləri bu videonu tənə ilə paylaşaraq birlik olmamasından şikayətləniblər. Bu sözləri deyən insanları çox qınadım. Çünki millətimiz şəhid mövzusunda əlindəki ən vacib işini belə kənara qoyub dəfn mərasiminə qaçır. Şəhid Səbuhi Əhmədovun yaşayış ünvanı bilinmədiyi üçün nəşi yaşadığı evdən 5-6 nəfər tərəfindən götürüldü. İkinci Fəxri Xiyabanda dəfn olunan şəhid Səbuhi Əhmədova görə izdiham yaşanır. Yəni o şəhid kimsəsiz deyil. Onun ata-anası bir millət oldu. Ona görə də həmrəylik məsələsində cəmiyyətimiz olduqca nümunəvi xalqdır”.

Gülşən Şərif

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv