!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalqımızın İlaxır çərşənbəsinə xüsusi MARAĞI: “Biz torpağa bağlı olduğumuz üçün...”

!Reklam – Yazi

“Bu gün tonqallarımızın çırtıltısı, hənirtisi, yallılarımızın sədası Qarabağımızda, işğaldan azad olan ərazilərimizdədir”.

Bu fikirləri Novruz bayramının gəlişi və Torpaq çərşənbəsinin önəmi barədə danışan folklorşünas Nigar Həsənova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bugünkü İlaxır çərşənbənmiz digər çərşənbələrdən fərqli olaraq, Qarabağ əhalisi arasında əsl bayram əhval-ruhiyyəli çərşənbə kimi qeyd olunur:

“Xalqımız bütün gözəl adət-ənənələri kimi Novruz adətlərini də çox gözəl qoruyub saxlayıb. Mən folklorşünas tədqiqatçı kimi bu barədə çox nikbinəm. Müşahidə edərkən hər bölgəmizin özünəməxsus adətlərinin zamanında icra edildiyini görürük.

Biz yalnız 30 il torpaqlarımızın işğalda olduğu müddətdə çox təntənəli şəkildə bayram etməyə utandıq. Bir tərəfdən itirilən torpaqlar və şəhidlərimiz, digər tərəfdən isə adətlərimizi övladlarımıza, gənclərimizə ötürmək istəyi ilə bağlı çətin dövr yaşadıq. Lakin adətlərimizi yenə də yaşatdıq. Bu gün tonqallarımızın çırtıltısı, hənirtisi, yallılarımızın sədası Qarabağımızda, işğaldan azad olan ərazilərimizdədir.

Dörd çərşənbə 4 ünsürü- su, od, hava, torpağı ifadə edir. Qədim türklər oda, suya müqəddəs baxıblar. Xalqımızın inanclarında gözəl adətlərimiz bu günədək yaşayır.

Bugünkü İlaxır çərşənbənmiz digər çərşənbələrdən fərqli olaraq, Qarabağlılar arasında əsl bayram əhval-ruhiyyəli çərşənbə kimi qeyd olunur. Hətta bu gün rəsmi olaraq iş günü olsa da, Qarabağ əhalisi bu çərşənbəni bayram günləri ilə müqayisədə daha təntənəli qeyd edir. Biz Novruzu təkcə mövsüm bayramı kimi deyil, türk xalqı olaraq, inanclarımıza, həyat fəlsəfəmizə görə təntənəli qeyd edirik. Biz torpağa bağlı xalq olduğumuz üçün torpağın oyandığı günü daha təntənəli keçiririk”.

İsmayıl Bakuvi

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv