!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalqımızın şəfqət, mərhəmət ünvanı - Emin Bağırov yazır

!Reklam – Yazi

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ötən 5 il ərzindəki uğurlu fəaliyyəti əslində bundan əvvəlki dövrdə gördüyü genişmiqyaslı işlərin davamı kimi diqqət çəkir. Onun təşəbbüsü ilə gerçəkləşən bütün layihələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsi, dövlətimizin başçısının uzaqgörən sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verməsi baxımından xüsusi önəm daşıyır. Başqa sözlə, Birinci vitse-prezidentin təşəbbüsü və dəstəyi ilə reallaşan layihələr ölkə rəhbərinin siyasi xəttinin uğurla tamamlanması, dövlətimizin möhkəmlənməsi və xalqımızın rifahının yaxşılaşmasına xidmət edir.

Mehriban xanım Əliyevanın adı çəkilən vəzifəyə təyin edilməsi təsadüfi olmayıb. Vətənə sədaqət, milli dəyərlərə hörmət, xalqın qayğı və problemlərinə həssas münasibət və dövlətin inkişafına prioritet yanaşma kimi amillər Birinci vitse-prezidentin bu mühüm postda fəaliyyətə başlamasını şərtləndirib.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi və böyük humanizmi ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasını diqqət mərkəzində saxlayıb. Ölkəmizdə xüsusi həssas əhali qruplarının problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsində xüsusi yer tutub. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilib.

Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunub. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı uğurla həyata keçirilib. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilib.
Mehriban xanım Əliyeva daxili siyasət sahəsində səmərəli fəaliyyəti ilə daim xalqın hörmətini qazanıb. Dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində işi ona böyük nüfuz qazandırıb. Ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, sağlamlığının qorunması istiqamətində reallaşdırdığı layihələr ictimaiyyətdə böyük razılıqla qarşılanıb. Onun sosial baxımdan daha həssas əhali qruplarının (irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həllinə həssas yanaşması, şəhid ailələri, qazilər, məcburi köçkünlər və s. bu kateqoriyadan olan şəxslərin üzləşdiyi problemlərin həllini diqqətdə saxlaması Mehriban xanım Əliyevaya cəmiyyətdə böyük hörmət gətirib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətində 2016-cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi xüsusi diqqət çəkib.

Vətən müharibəsində Mehriban xanım Əliyevayanın döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi isə xalqımızın Birinci vitse-prezidentə olan dərin rəğbətini daha da artırıb.
Azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün dini abidələrin əsaslı təmiri, bərpası və inşası, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidinin, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi, habelə digər dini abidələrin, mədəniyyət ocaqlarının təmiri Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması ilə misilsiz xidmətlərinin bariz ifadəsidir.
Ötən illər ərzində Birinci vitse-prezidentin təşəbbüsləri ilə müharibə əlillərinin sosial məsələlərinin qısa zamanda həlli ilə bağlı həyata keçirilən layihələr, Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə təşkili Mehriban xanım Əliyevayanın dövlətimizin və xalqımızın mənafelərinə xidmət edən fəaliyyətində prioritet istiqamət olub.

Ulu öndər Heydər Əliyev ideyalarına sədaqət Birinci vitse-prezidentin dövlətimizə və xalqımıza layiqincə xidmət etdiyini, ölkəmizin daha da çiçəklənməsinə əvəzolunmaz töhfələr verdiyini göstərir. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası, habelə cəmiyyətə inteqrasiya məsələləri Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevayanın respublikamızda bütün sosial təbəqələrin qayğı və problemlərini daim nəzarət altında saxlamasını əks etdirən çoxşaxəli fəaliyyətinin təcəssümüdür.
Mehriban Əliyeva bu gün də sosial qayğıya, köməyə ehtiyacı olanların yanındadır. Təsadüfi deyil ki, Birinci vitse-prezidentin rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, şəfqət, mərhəmət ünvanı kimi tanınır. Fond xəstəxanaların inşası və yenidən qurulması, bir sıra xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə qayğı, dəstək göstərilməsi baxımından Azərbaycanın sosial siyasətinə mühüm töhfələrini davam etdirir.

Emin BAĞIROV,
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv