Xanım idmançı Azərbaycan bayrağına görə şərt qoydu – VİDEO

Cəlilabadlı idmançı Zəhra Salmanlı Tehranda keçirilən karate üzrə beynəlxalq turnirdə tatamiyə çıxmazdan əvvəl nümunəvi hərəkət edib.

Belə ki, turnirin keçirildiyi zalda Azərbaycan bayrağı erməni bayrağının altında asıldığını görən Zəhra buna etirazını bildirib. O, təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışda iştirak etməyəcəyini bildirib.

İdmançımızın kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib.

Daha sonra yarışa başlayan Zəhra rəqiblərini məğlub edib və 1-ci yerə çıxıb.

 

 

COP29