!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xanımından Yaşar Nurinin canlandırdığı obrazla bağlı iddiaya CAVAB: “Gey söhbətinin bu məsələyə...”

!Reklam – Yazi

“Ancaq bu o demək deyil ki, haqqında danışılan obraz başqa oriyentasiyadadır”.

Aktyor Nofəl Şahlaroğlunun “Popumuz var” verilişində mərhum Xalq artisti Yaşar Nurinin yaratdığı obraz haqqında “O, Azərbaycan efirində ilk gey qəhrəmandır. Onun gözlədiyi Züma kişidir. Mən onun hekayəsini bilirəm” açıqlaması birmənalı qarşılanmayıb.

Bu fikir sosil şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Yenicag.az-a açıqlama verən Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qarşı tərəfin bu iddiasına münasibət bildirib:

“Nofəl Yaşar Nurinin hədsiz dərəcədə fanatıdır. Sözügedən həmin obraz Yaşarın 1989-cu ildə oynadığı “Qonşu qonşu olsa” film-tamaşasında olub. O tamaşada Yaşar onlarla obraz yaradıb, bu da oradakı obrazlardan biridir.

Onun obrazını yaratdığı həmin uşaq xəstədir. Ancaq bu o demək deyil ki, haqqında danışılan obraz başqa oriyentasiyadadır. Gey söhbətinin o obraza dəxli yoxdur. Biz o vaxt əsərin müəllifi Ruhəngiz xanımla ssenriyə birgə baxmışıq. Belə fikir heç ağlımıza da gəlməzdi. Kim necə fikirləşirsə, özü bilər.

Yaşar istənilən rolun öhdəsindən məharətlə gələ bilən dahi sənətkar idi. Həmin obraz da bu silsilədəndir. Bir də əgər Yaşar Nuri haqqında nəsə fikir bildirmək lazımdırsa, mənə müraciət etsinlər, dəqiq məlumatı məndən alsınlar. Məndən başqa heç kimin rəyinə rəng qatmasınlar”.

Cəvahir

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv