!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xanımının yoxluğu ilə barışmayan məşhur aktyor: “Bunu hər kəsdən gizlətməyə çalışırdıq”

!Reklam – Yazi

“Biz bir-birimizdən doymadıq. Mən hələ də onunla nəfəs alıram”.

Bu sözləri Yenicag.az-a Əməkdar artist Firdovsi Atakişiyev doğum günü olan mərhum həyat yoldaşı, Xalq artisti, rejissor İranə Tağızadə barədə danışarkən deyib.

Sevimli ömür-gün yoldaşını yad edən aktyor qismətinə yazılan böyük sevgiyə görə Allaha minnətdarlığını da ifadə edib:

“Sevimli insan haqqında danışmaq çox çətindir. Oğlumla mənim bir mələyimiz var, o da İranədir.

Qəlbimizdə o kədəri saxlayaraq, xoş simasını görüb, üzümüzdə təbəssüm yaradırıq. İnanıram o bizimlədir və bu gün mən ikimizin yerinə yaşayıram. Aramızda böyük məhəbbət var idi və biz hərdən çalışırdıq bu böyük sevgini hər kəsdən gizlədək.

Axı belə bir deyim var, xoşbəxtlik sükutu sevir. Amma nə qədər çalışsaq da, bunu büruzə verməyə bilmirdik. Biz bir-birimizdən doymadıq. Onunla bu gün də danışıram, yuxularımda görürəm. Bəzən yoxluğu beynimdə ildırım kimi çaxır.

Sonra yenə onunla olan xatirələrim, dialoqlarım davam edir.

Hara gedirəmsə, mənimlədir, hər dəqiqəsi mənimlədir, duaları üstümüzdədir.

Mən hələ də onunla nəfəs alıram. Nəfəsim bitəndə deyəcəm ki, hə, vaxtdır. Onun duaları üstümdədir ki, bu gün sənətdə də uğurlarım davam edir. Çünki o həmişə istəyirdi uğurlarım çox olsun.

Bir-birimizə sirdaş idik, dayaq idik. O, çox incəqəlbli və fədakar bir həyat yoldaşı idi.

Allahıma şükür edirəm ki, mənə İranənin simasında gözəl bir həyat və sevgi bağışladı.

Cəvahir

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv