!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndi ermənilərinin əleyhinə işləyən vaxt: "Artıq qərar vermək zamanıdır"

!Reklam – Yazi

“Paşinyan Vardanyanın mövcudluğunun onun əleyhinə işlədiyini dərk edir. Bu isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir”.

Bu fikirləri Qarabağdakı ermənilər arasında Rusiya tərəfindən məqsədli şəkildə bölgəyə göndərilmiş Ruben Vardanyana qarşı açıq çıxışların artması ilə bağlı danışan politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, artıq ermənilər nə Vardanyandan, nə də digər separatçıların başında dayananlardan onlara xeyir gəlməyəcəyini yaxşı anlayırlar:

“Qarabağ ermənilərinin təhlükəsizliyinə dövlət rəsmi şəkildə zəmanət və maddi təminat verməlidir. Prezident İlham Əliyev rəsmi şəkildə dəfələrlə Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquq və təhlükəsizliyinə təminat veriləcəyini bəyan edib. Biri də var, hansısa oğurluq pullarla illərdir vətəni yadına düşməyən Vardanyanlar.

Xankəndi erməniləri Vardanyanın onlardan Ermənistanda öz siyasi məqsədlərini həyata keçirmək və hakimiyyətə gəlmək üçün istifadə etdiyini artıq anlamağa başlayıblar. Ermənistanın əvvəlki prezidentləri də Qarabağ kartı üzərindən hakimiyyətə gəliblər. Lakin reallıq ciddi şəkildə dəyişib. Bu dəyişikliyi Paşinyan həm Ermənistan, həm də Xankəndidə yaşayan ermənilərə çatdırmağa çalışır. Çünki Vardanyanın mövcudluğunun onun əleyhinə işlədiyini dərk edir. Bu isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

Erməni bloqer və siyasətçilərin çıxışları Azərbaycanlı etirazçıların tələbələrini yerinə yetirməyə və Bakıya tabe olmağa yaxınlaşdığını göstərir. Normal dolanışığı, davamlı sülh və normal həyatı məhz Azərbaycanın təmin edəcəyini anlayırlar. Azərbaycan Prezidentinin Xankəndi ermənilərinə çağırışı, fikrimcə, proseslərin artıq sona yaxınlaşdığından xəbər verir. xankəndidəkilər orada qalıb Azərbaycan vətəndaşları kimi həyatlarını davam etdirə biləcəklər. Getmək istəyənləri isə yeni qaçqınlıq həyatı gözləyir. Artıq onların qərar vermək zamanıdır. Vaxta isə bir o qədər də çox qalmayıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv