!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xankəndi küçələrindən birinə Ənvər Paşanın adının verilməsi...” – AKP millət vəkili

!Reklam – Yazi

“Böyük Turana aparan yolun başlanğıc nöqtələrindən biri məhz işğaldan azad edilən Xankəndidir”.

Bu fikirləri erməni separatçılarından təmizlənən Xankəndidə küçələrdən birinə Ənvər Paşanın adının verilməsinə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AK Partiyadan olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Ənvər Paşanın adının bu sayaq əbədiləşdirilməsi tarixi önəmi olan hadisədir:

“Bildiyiniz kimi, Ənvər Paşa Osmanlı dövlətinin son dönəmlərinin ən önəmli fiqurlarından biri olaraq tarixə keçib. Birinci Dünya müharibəsinin sonlarında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra onun müdafiəsində və ərazilərinin bolşevik-daşnak işğalından azad olunmasında Ənvər Paşanın böyük əməyi var.

O zaman Osmanlının hərb naziri olan Ənvər Paşa dövlətin vəziyyətinin heç də sabit olmadığı vaxtda qardaşı Nuru Paşanın komandanlığı altında Azərbaycana hərbi qüvvə göndərərək, paytaxt Bakı da daxil olmaqla, ərazilərin işğaldan qurtarılmasında çox mühüm rol oynadı.

Ənvər Paşa bir Turan sevdalısı idi, ömrünü bu ideyaya həsr etdi və bu yolda da şəhid oldu. Onun xəyalındakı Turan artıq qurulub. Türk dövlətləri siyasi, iqtisadi və mədəni planda artıq bir aradadırlar. Ona görə Ənvər Paşanın ruhu şaddır.

Böyük Turana aparan yolun başlanğıc nöqtələrindən biri məhz işğaldan azad edilən Xankəndidir. O baxımdan, Xankəndi küçələrindən birinə Ənvər Paşanın adının verilməsi tarixi addımdır. Buna görə Azərbaycan prezidentinə, hökumətinə dərin təşəkkürümü bildirirəm”.

A.Zeynalov

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv