!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xankəndi sakinlərinin separatçılardan qurtuluşu uzaqda deyil” - RƏY

!Reklam – Yazi

“Xankəndi ermənilərinin sayında şişirdilmə ölkəmizin siyasi qüdrətinə qarşı olan qısqanclığın göstəricisidir”.

Bu fikirləri bəzi Ermənistan rəsmilərinin Azərbaycanın Xankəndidəki erməni vətəndaşlarının girovluqda yaşadıqları ilə bağlı sərsəmləmələrinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan vətəndaşı sayılan Xankəndi ermənilərini separatçılar girov saxlayır:

“Azərbaycanlılarla inteqrasiyanı əngəlləmək üçün mafioz Ruben Vardanyandan istifadə edilir. Arayik Arutyunyan və Vardanyan Xankəndidə insanları qorxu altında saxlayır.

Ruben Vardanyan və digərləri Xankəndi sakinlərinin rəğbətini əsla qazana bilməzlər. Vardanyanın saxta mitinq çağırışlarına bu səbəbdən heç kim əməl etmir. Vardanyan və ətrafı Ermənistanın ayrı-ayrı şəhərlərindən insanları qanunsuz formada Xankəndiyə gətirib. Gətirilənlər mediaya mitinq iştirakçısı kimi təqdim edilib. Xankəndi sakinlərinin separatçılardan qurtuluşu uzaqda deyil.

Dəfələrlə Xankəndi və ətraf rayonlarda yaşayan ermənilərin sayında süni şişirdilmə müşahidə etmişik. Tarixə nəzər yetirsək, Xankəndi şəhərində 100 mindən çox insanın yaşadığı müşahidə edilməyib. Rəqəmləri separatçı qüvvələr, terrorçular şişirdir. Reallıq isə tam başqadır. Xankəndi ermənilərinin sayında şişirdilmə ölkəmizin siyasi qüdrətinə qarşı olan qısqanclığın göstəricisidir.

Xankəndi ermənilərinin taleyi Azərbaycan dövlətindən asılıdır. Erməni diasporunun çirkli pulları ilə siyasi dəllallıq edən qüvvələr Xankəndinin azərbaycanlı sakinlərini bu günə qədər yada salmır. Xankəndidən didərgin düşmüş minlərlə azərbaycanlı var. Həmin qüvvələr torpağından didərgin düşənlərin yurdlarına qayıdışını əngəlləyən separatçılığa göz yumur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv