!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xankəndidə “Qarabağ” - MOİK oyunu bir qolla başa çatdı - YENİLƏNDİ + FOTO/CANLI YAYIM

!Reklam – Yazi

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin dekabrın 21-i Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” – MOİK matçı başa çatıb.

Yenicag.az-ın məlumatına görə, oyun “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə bitib.

Oyunda xeyli qol vəziyyəti yaransa da, yalnız 90+3-cü dəqiqədə “Qarabağ” klubunun futbolçusu  Nəriman Axundzadə qol vurmağa nail olub.

Bununla da Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.

***

15:10

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” – MOİK matçında ikinci hissə başladı.

Yenicag.az xəbər verir ki, birinci hissədə hesab açılmayıb. Matçın 33-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda zədələnib. Onun yerinə meydana 39-cu dəqiqədə Patrik Andrade daxil olub.

***

14:54

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” – MOİK matçında ilk hissə başa çatıb. 

Yenicag.az xəbər verir ki, birinci hissədə hesab açılmayıb.

***

14:00

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

“Report”un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***

13:08

Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – MOİK matçını idarə edəcək hakimlərlə bağlı maraqlı məlumatlar var.

Yenicag.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası təyinatlar zamanı müəyyən həssas məqamları nəzərə alıb.

Belə ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da İkinci Qarabağ müharibəsinin veteranlarındandır.

Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin “Qarabağ” komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarında hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir./qol.az

***

12:56

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün üz-üzə gələcək “Qarabağ” və MOİK klublarının start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar Xankəndi şəhər stadionunda oynanılacaq matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev

Baş məşqçi: Qəzənfər Abbasov

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq./oxu

***

12:02

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun keçiriləcəyi Xankəndi stadionu tarixi matça hazırlanır.

Yenicag.az xəbər verir ki, Baku TV-nin əməkdaşları stadiondakı son durumu canlı yayımla çatdırırlar:

***

11:06

“Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalislər Xankəndiyə çatıblar.

Yenicag.az Report-a istinadla xəbər verir ki, Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər.

Qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.

***

09:44

Bu gün Xankəndi şəhərində 35 ildən sonra tarixi oyun baş tutacaq. 

Yenicag.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gələcək.

Qarşılaşma saat 13:00-da başlayacaq və AzTV-də canlı yayımlanacaq.

Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

www.yenicag.az

795
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv