!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndidə "separatçı təlimi": "Əgər bu fəaliyyətlərin qarşısı ən qısa müddətdə alınmazsa..."

!Reklam – Yazi

“Əgər bu fəaliyyətlərin qarşısı təyin olunmuş ən qısa müddətdə alınmazsa, Azərbaycan həmin terror düşərgələrindəki fəaliyyəti öz imkan və potensialı hesabına sonlandırmalı olacaq”.

Bunu Xankəndidə separatçı rejimin hərbçilərinin təlim keçirməsinə münasibətini bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın həm Qarabağ ərazisində mövcud olan silahlı birləşmələrinin, həm də sərhəddəki hissə və bölmələrinin təxribat törətməyəcəyini heç zaman istisna edilməyib:

“Çünki biz hər daim düşmənin təxribatlarına hazır olmalıyıq. Qarabağda olan spearatçıların hərbi hazırlıq keçdiyi ərazilərin Azərbaycan üçün legitim hədəf elan olunması barədə rus sülhməramlı kontingentinə məlumat verilməli, onların ləğv edilməsi üçün məhdud bir zaman müəyyənləşdirilməlidir. Əgər bu fəaliyyətlərin qarşısı təyin olunmuş ən qısa müddətdə alınmazsa, Azərbaycan həmin terror düşərgələrindəki fəaliyyəti öz imkan və potensialı hesabına sonlandırmalı, orada olan mövcud infrastrukturu tamamilə məhv etməlidir. Əks halda, belə təlimlər gələcəkdə Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya prosesinə və Qarabağda aparılan bərpa-quruculuq işlərinə böyük maneələr yarada bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv