!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndidə separatçıların “liderlik qovğası”: “Paşinyan özünü tərəfsiz göstərməyə çalışsa da...” – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın antiterror, yaxıd da genişmiqyaslı pasport yoxlama əməliyyatlarına başlama ehtimalı onları rahat buraxmır”.

Bu fikirləri Xankəndidəki separatçılar arasında güclənən “birincilik mübarizəsi”ni şərtləndirən amilləri dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın son həftələrdə atdığı qətiyyətli addımlar separatçılar arasında təşvişi xeyli gücləndirib:

“Bəli, Azərbaycanın tutduğu güzəştsiz mövqe İrəvanda da, Xankəndidə də narahatlığı əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə, Xankəndidə separatçı rejimə nəzarət uğrunda mübarizənin kəskinləşdiyi getdikcə açıq forma almaqdadır.

Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsində ermənilərin səhra komandiri olan Samvel Babayan fəallığını çox artırıb və özünü separatçıların “dövlət naziri” postuna “ən uyğun şəxs” qismində göstərməyə çalışır.

Maraqlıdır ki, Nikol Paşinyan separatçılar arasında artan gərginlikdə özünü neytral göstərməyə çalışsa da, onun pərdəarxasında Babayanı dəstəklədiyi bildirilir. Bunun ən əsas səbəblərindən biri olaraq, Babayanın Rusiyada da müəyyən dəstəyinin olması göstərilir.

Eyni zamanda rusiyalı milyarder Ruben Vardanyan və Tiqran Petrosyanın da bu rəqabətdə yer aldıqları məlumdur. Belə bir vəziyyətdə separatçı rejimin rəhbəri Arayik Arutyunyanın durumu daha mürəkkəbdir. Azərbaycanın Laçın yolunun üzərində nəzarət-buraxılış məntəqəsi quraşdırması onu çıxılmaz vəziyyətə salıb.

Bundan başqa, oradakı əhali də ciddi qeyri-müəyyənlik içərisindədir. Azərbaycanın antiterror, yaxud da genişmiqyaslı pasport yoxlama əməliyyatlarına başlama ehtimalı onları rahat buraxmır. Fikrimcə, Azərbaycanın bu qətiyyətli addımlarını davam etdirməsi separatçı rejimin sonunu yetişdirəcək və oradakı əhalinin Azərbaycanın qanunlarına tabe olub-olmayacaqlarına aydınlıq gətirəcək”.

A.Zeynalov

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv