!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndidə verilən səsin TARİXİ MESAJI: “Azərbaycanı sevən və sevməyən bütün ölkələrə...”

!Reklam – Yazi

 

Ceyhun Məmmədov: “Cənab Prezident İlham Əliyevin Mehriban xanımla birlikdə bu seçkidə iştirakı səsvermə prosesinə əlavə rəng qatır”.

Rüfət Quliyev: “Cənab prezident İlham Əliyev və xanımının Xankəndidə səs verməsi çox anlamlı simvolik addımdır”.

Millət vəkilləri Azərbaycan prezidenti İlham Əliyevin 7 fevral növbədənkənar prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsinin tarixi əhəmiyyətini dəyərləndiriblər.

Bu barədə Yenicag.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dövlət başçısının səsvermə günü Xankəndidə olması və orada səs verməsi çox önəmli hadisədir.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının Xankəndidə səs verməsi seçki prosesinə əlavə rəng qatır:

“Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri xüsusi önəm daşıyır. İlk dəfədir ki, seçki prosesi bütün Azərbaycan ərazilərini əhatə edir. Biz 1991-cı ildən müstəqilliyimizi bərpa etsək də, torpaqlarımız işğal olunduğuna görə bütün ərazilərimizdə seçki keçirmək imkanına malik deyildik. Lakin bu gün seçki prosesi Azərbaycanın bütün ərazilərini əhatə edir.

Bu seçkini tarixi Zəfər seçkisi də adlandırmaq olar. Cənab Prezident İlham Əliyevin Mehriban xanımla birlikdə bu seçkidə iştirakı səsvermə prosesinə əlavə rəng qatır. Bu gün artıq Xankəndi Azərbaycandır və Azərbaycan torpağı kimi əzəli olaraq da tarixdə qalacaq. Azərbaycan öz əzəli torpaqlarının qorunması və inkişafı üçün bütün addımları atmağa hazırdır. Bunun üçün də Azərbaycanın gücü, potensialı, prinsipial, qətiyyətli mövqeyi, hədəfi və Prezidenti var”.

Milli Məclisin deputatı Rüfət Quliyev Yenicag.az-a açıqlamasında qeyd edib ki, prezident İlham Əliyevin Xankəndi şəhərində səs verməsi bütün dünyaya özünəməxsus mesajdır:

 

“Cənab prezident İlham Əliyev və onun xanımının Xankəndidə səs verməsi çox anlamlı simvolik addımdır. Cənab prezidentin müstəqillik dönəmində Xankəndidə ilk dəfə baş tutan seçki prosesində iştirakı Azərbaycanı sevən, yaxud əfsuslar olsun ki, sevməyən bütün ölkələrə böyük bir mesajdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv