!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xankəndidəki Azərbaycan bayrağına cavab olaraq bunu etməliyik" - Ovvanisyan

!Reklam – Yazi

“Xankəndidə Azərbaycan bayrağına cavab İrəvanda dəyişiklik bayrağı olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu barədə erməni siyasətçi Vahe Ovvanisyan öz məqaləsində yazıb.

“Xankəndidə Azərbaycan bayrağının qaldırılması bütün normal ermənilərin faciəsi oldu. Ümumiyyətlə, bu bayraq evlərimizin, uşaq çarpayılarımızın, kilsələrimizin üzərində, bir sözlə, hər yerdə qaldırıldı. Bu isə İrəvanda ləyaqətsizliyin bayrağı endirilənə qədər davam edəcək.

Qarabağı itirdikdən sonra İrəvanda hökumətin dəyişməməsi normal deyil. Ən azı bir nəfər də istefa verən məmur yoxdur. Hazırda dünyada belə ikinci dövlət və ikinci xalq yoxdur. Əsas problem budur.

Daha nə olmalıdır ki, uğursuz sayılsın, Nikolun istefasına səbəb olsun? 5 ildə dörd müharibə, məğlubiyyətlər və saysız-hesabsız itkilər, Qarabağın təslim olması, daha nələr… və o, hələ də hakimiyyətdə qalır. Hələ də ona “çox hörmətli” deyə müraciət edirlər. Gəlin İlham Əliyev barədə düşünməyib özümüzə fikir verək. Ən azından bu gün biz beləyik.

Bizi utancın gücü idarə edir. Bu, bəşəriyyət tarixində ən anormal hadisələrdən biridir.

Qarabağa gəlincə, çox yerdə çoxlu bayraqlar qaldırılıb və bizimkilər endirilib. Bu, Bakı-İrəvan-Brüssel-Moskva birgə əməliyyatı nəticəsində baş verib. İrəvanda ləyaqət və savad bayrağı qaldırılsa, Qarabağ erməniləri öz torpaqlarına qayıdar və təhlükəsiz yaşamaq hüquqları həll olunar.Bu, revanşist və ya militarist hökumət olmayacaq və heç bir halda yeni müharibə tələbi olmayacaq. Köhnə reallıq artıq mövcud deyil, yeni şərtlər yeni ideyalar tələb edir.

Biz İrəvanda rüsvayçılıq və şərəfsizlik bayrağını endirməsək, yenisini qaldırmasaq, bununla da yeni Azərbaycan bayraqlarına yol açacağıq. Bunu çox aydın başa düşmək və erməni xalqına izah etmək lazımdır.

Qarabağdakı faciə 10 günün məsələsi deyil. Bu, çox ayların, illərin məsələsi idi. Bəziləri üçün nə qədər ağrılı olsa da, bu barədə danışmaq lazımdır”, – Ovvanisyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv