!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xankəndidəki bəyanatım müzakirələrə son qoydu" - Prezident

!Reklam – Yazi

“Xankəndidə “Qarabağ Azərbaycandır” bəyanatım müzakirələrə son qoydu”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) 10 illik yubiley sammitində çıxışı zamanı deyib.

Ölkə lideri qeyd edib ki, 2026-cı ilə qədər 140 mindən çox azərbaycanlının Qarabağa qayıtmasını təmin etmək hədəflənib: “Ermənistanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. 2-ci Qarabağ müharibəsi qaçılmaz idi. Azərbaycan 44 günlük vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlub edərək, ərazi bütövlüyünü təmin edib.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımıza qanunsuz yerləşdirdiyi bombaların partladılması nəticəsində 6 nəfər həlak olub. Bu səbəbdən yerli antiterror tədbirləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində mülki şəxslərə heç bir zərər dəyməyib”.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv