!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xankəndidəki mitinqə Azərbaycan müdaxilə edəcək? - ŞƏRH

!Reklam – Yazi

“İndiki məqamda vəziyyəti daha da gərginləşdirməmək, xarici güc faktorların əlinə əlavə bəhanə verməmək üçün Azərbaycanın hansısa bir formada oraya hücum edəcəyi real deyil”.

Bunu Samvel Babayanın Xankəndində mitinq keçirməsindən narahatlığını bildirən erməni jurnalist N. Xoxikyanın Azərbaycanın 2000 nəfərlik polislə buraya müdaxilə edəcəyi proqnozunu şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ilk öncə separatçı rejimin liderlərindən biri olan Samvel Babayanın cinayətkar olduğunu nəzərə almaq lazımdır:

“Samvel Babayan Azərbaycan xalqına və dövlətinə qarşı çoxvektorlu cinayətlər həyata keçirib. Xankəndidə hansısa qondarma mitinq keçirmək xarici dairələrin xüsusi tapşırıqlarıdır. Samvel Babayanın Ruben Vardanyanla yaxınlığı nəzərə alındıqda sifarişin haradan gəldiyini söyləmək üçün çoxda uzaqgörən olmağa ehtiyac yoxdur.

İndiki məqamda vəziyyəti gərginləşdirməmək üçün Azərbaycanın oraya hansısa hücumlar edəcəyi ilə bağlı verilən proqnoz doğru deyil. Bu, erməni cəmiyyəti arasında qorxu mühiti yaratmaq, eyni zamanda ictimai rəyi çaşdırmaq məqsədi üçün atılan addımdır. Ermənistanın siyasi elitası və separatçılar arasında olan fikir ayrılıqlarının yüksək səviyyədə olduğu bununla bir daha ortaya çıxmış olur. Əvvəl-axır separatçı rejimin bütün liderləri Azərbaycan qanunları qarşısında cavab verəcək. Çünki Azərbaycanın Xankəndidə yuristiksiyası bərpa olunacaq.

İndiki məqamda vəziyyəti daha da gərginləşdirməmək, xarici güc faktorların əlinə əlavə bəhanə verməmək üçün Azərbaycanın hansısa bir formada oraya hücum edəcəyi real deyil ”.
Nəsimi Ələsgərli

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv