!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Xankəndiyə böyük qürur hissi ilə gedirik” - Qurban Qurbanov

!Reklam – Yazi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 finalında MOİK-ə qarşı Xankəndi şəhər stadionunda keçirəcəkləri matç haqqında danışıb.

Yenicag.az xəbər verir ki, mütəxəssis “İctimai TV”yə açıqlamasında görüşün Xankəndidə oynanılacağı üçün qürurlu olduqlarını bildirib:

“Öz yerli kubok oyunumuzdur, amma böyük qürur hissi və sevgi ilə Xankəndiyə gedirik. Hətta dünən məşqdə belə komandada əhval-ruhiyyə çox yaxşı idi ki, orada belə bir oyunumuz olacaq. Çox istərdik ki, bu matç gələcəkdə futbolu daha da sevdirsin. Mən bunun olacağına əminəm. Məncə, oyun zamanı daha qürurlu olacağıq. Matçı gözləyirik. Çox şadıq. Bir daha Azərbaycan Ordusuna, əsgərlərimizə, ölkə Prezidentinə təşəkkür edirəm ki, o torpaqların hamısını geri qaytardılar. Biz də böyük qürur hissi ilə oraya yollanırıq”.

Q.Qurbanov gələcəkdə avrokubok oyunlarını Xankəndidə keçirməyi istəyib-istəmədikləri ilə bağlı suala da cavab verib: “Çox istəyərik. İnşallah, bu, gələcəyin planıdır. Çünki bunun üçün hər şeyə hazır olmaq lazımdır. Hər şey bütün standartlara uyğun olmalıdır. Böyük məmnuniyyət və sevgi ilə orada oynamaq istəyərik”.

Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.

 

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv