UEFA birinci kateqoriyaya yeni qoşulan hakimlərin adlarını açıqlayıb.
Yenicag.az xəbər verir ki, azərbaycanlı FİFA referisi Əliyar Ağayevin də birincilər sırasında yer alacağı gözlənilsə də, bu, baş verməyib.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yanvar ayında açıqlamasında bildirmişdi ki, Ağayev ilin sonunda ikinci kateqoriyadan irəliyə gedəcək. Lakin yeni açıqlanan siyahıda birinci kateqoriyaya vəsiqə qazanan hakimlərin adları belədir:
Karlos Del Qerro Qrande (İspaniya), Oriel Qrinfeld (İsrail), Andreis Treimanis (Litva), Daniel Stefanski (Polşa)