!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulunun vaxtı açıqlandı

!Reklam – Yazi

Xaricdə doktorantura təhsili üçün növbəti sənəd qəbulunun 2022-ci ilin yaz semestri üzrə həyata keçirilməsi planlaşdırılır.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:

– Dünyanın top 500 universitetindən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;

– Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;

– Tədqiqat işi (Azərbaycan dilində və 2000 sözdən az olmayaraq);

– Diplom(lar) və əlavəsi(ləri);

– Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;

– Tövsiyə məktubları (2 ədəd);

– Sağlamlıq haqqında arayış (AZS – 086/1);

– Elmi məqalələrin surəti (mövcud olduğu halda);

– CV

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv