“Xaricdə təhsil alan azərbaycanlı tələbələr özəl universitetlərə birbaşa köçürülsün”

“Azərbaycandan kənarda təhsil alan azərbaycanlı tələbələrin özəl universitetlərə birbaşa köçürülməsi həyata keçirilsin. Bu, ölkədən kənara axan maliyyə itkisinin və beyin axınının qarşısını alacaq”.

Yenicag.az xəbər verir ki, belə bir təkliflə təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinə müraciət edib.

Kamran Əsədov digər təkliflər də səsləndirib. Həmin təkliflər isə bunlardır:

1. Ali təhsil müəssisələrində imtahan sessiyalarının onlayn qaydada izlənməsi təmin olunsun.

2. Ali təhsil müəssisələrində imtahanları həmin universitetlərin müəllimləri yox, kənar müəssisələrdən Təhsil Nazirliyi tərəfindən göndərilən müəllimlər yoxlasın.

3. Özəl ali və orta məktəblərdə hər sessiya və yarımillikdə Təhsil Nazirliyi dövlət standartının tələblərinin yoxlanılması üçün monitorinq imtahanı keçirsin.

4. Hər orta məktəbin ayrıca “youtube” kanalı açılsın və şagirdlər orada verlişlər hazırlasın, məktəbin fəaliyyəti işıqlandırılsın. Maraqlı müzakirələr təşkil olunsun.

COP29