!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə: Bu ölkələrdə... - ARAŞDIRMA

!Reklam – Yazi

Bildiyimiz kimi, son illərdə tələbərin çoxu təhsil almaq üçün xarici ölkələrə üz tutur. Amma bütün tələbələrin maddi vəziyyəti buna imkan vermir. Belə ki, Böyük Britaniya, Avropa və yaxud da Amerikada universitetə qəbul olmaq mümkün olsa da, təhsil və yaşayış xərclərini qarşılamaq heç də asan deyil. Bu kimi hallar baş verdikdə, tələbələr müxtəlif təqaüd proqramlarına müraciət edir, lakin həmin təqaüdlərin qəbul şərtləri də bir qədər çətindir.

Yenicag.az xarici mediaya istinadən ödənişsiz təhsil və yaxud təqaüd proqramları təklif edən ölkələrin siyahısını təqdim edir:

ABŞ universitetlərində təhsil haqqının 80 faizə qədər azaldılması mümkündür

Amerikada tam təqaüd qazanmaq çox çətin olsa da, illik ödənişin bir qisminin azaldılmasını təmin etmək mümkündür. Nəzərə alsaq ki, ABŞ-də minimum əmək haqqı 3500-4000 dollar arasındadır, tələbələr işləyərək də təhsil haqqının bir qismini ödəyə bilərlər. Eyni zamanda dövlət tələbələri komfortlu yataqxanalarda yerləşdirir. Bundan əlavə, magistr təhsili almaq istəyənlər “Fullbright” təqaüdünə müraciət edərək, həm təhsil haqqından tam azad ola, həm də yaşayış xərclərinin qarşılanmasına nail ola bilər.

Avropa ölkələrində dövlət universitetlərinin çoxu ödənişsizdir

Almaniya, Norveç, Finlandiya və ya Fransa kimi ölkələrdə dövlət universitetləri ödənişsizdir. Hətta, Almaniya əlilliyi olan, ailəsi olmayan və valideynlərinin iqtisadi vəziyyəti aşağı olan tələbələrə təqaüd ödəyir.

Çexiya, Polşa və Macarıstan kimi ölkələrdə isə təhsil haqqı çox aşağıdır. Tələbələr simvolik olaraq minimum 300-500 euro ödəyərək təhsil ala bilərlər.

Bundan əlavə, İtaliyanın dövlət təqaüdü də tələbələrin həm təhsil, həm də yaşayış xərclərini ödəyir.

Hollandiyada isə tam təqaüd olmasa da, universitetlərdən qrant qazanmaq mümkündür.

Türkiyədə “burs” imtahanlarından keçərək, həm illik təhsil haqqından, həm də yataqxana xərclərindən azad ola bilərsiniz.

Türkiyədəki bir çox ali təhsil müəssisələri təqaüd proqramları elan edir. Universitetlər hər il təqaüd proqramını yeniləyir. Buna görə də yeni tədris ilində şərtlər fərqli olur. TQDK qəbul balları yuxarı olan tələbələr də Türkiyədə pulsuz təhsil ala bilərlər.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərində də təhsil haqqı ödənişsizdir. Tələbərin illik ödənişi dövlət tərəfindən ödənilir.

Həmçinin İranda da bütün təhsil pillələri ödənişsizdir.

Şəhanə Paşa

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv