!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdə təhsilə sovurulan DÖVLƏT PULLARI: “Azərbaycanda olan bir ixtisas üçün başqa ölkəyə....”

!Reklam – Yazi

“O tələbənin Azərbaycana qayıdışı, burada həmin ixtisas üzrə işləyib-işləməməsi sual altındadır”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayevin “dövlət mənim xaricdə təhsil almağıma 130 min dollar sərmayə qoymuşdu” sözləri fonunda dövlət hesabına başqa ölkələrə tələbə göndərilməsinin optimallaşdırılmasının vacibliyini bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, sadəcə, xaricə tələbə göndərmək xatirinə dövlətin pullarını havaya sovurmaq doğru deyil:

“Əslində, bu çox aktual məsələdir və ona birmənalı münasibət bildirmək düzgün olmazdı. Sözsüz ki, vəziyyəti nəzərə alaraq, yüksək ixtisaslı kadrların yetişməsi üçün xaricə tələbə göndərmək lazımdır.

Ancaq bu prosesi kütləviləşdirməyin əleyhinəyəm. Hesab edirəm ki, Azərbaycandan xarici ölkələrin universitetlərinə yalnız bizdə olmayan ixtisaslar üzrə tələbə göndərmək lazımdır.

Əgər konkret bir ixtisas bizdə də tədris olunursa, tələbənin o ixtisasa xaricdə, həm də dövlət hesabına yiyələnməsinin əleyhinəyəm. İndiki vəziyyətdə dövlətin pullarını buna xərcləmək olmaz.

Digər tərəfdən, xaricdə dövlət hesabına hesabına təhsil alan tələbənin Azərbaycana qayıdışı, burada həmin ixtisas üzrə işləyib-işləməməsi də sual altındadır. Ona görə də bütün bu məqamları nəzərə almaq lazımdır.

Ümumiyyətlə, bu barədə danışarkən, təbliğat işlərinin yarıtmazlığını da deməliyik. Məsələn, telekanallarda bütün günü xarici məhsullar reklam olunur. Özəl kanalları başa düşdük, ancaq dövlət televiziyası da bu “yarış”da fəallıq göstərir.

Yaxşı, öz məhsullarımızı reklam edin də… Deyə bilərlər ki, bizdə o məhsullardan yoxdur. O zaman nəyimiz varsa, onu reklam edin. Amma bu barədə düşünmək istəmirlər. Bu da onu göstərir ki, cəmiyyətimiz dövlətçilik məsələsində o qədər də həssas deyil”.

A.Zeynalov

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv