!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdəki "bloqer"lərin Azərbaycan düşmənçiliyi: "Dövlət həmin şəxslərin ölkəyə gətirilməsini..."

!Reklam – Yazi

“Bütün dünya İrana qarşı hiddətlənən vaxt azərbaycanlıların xaricdən İranın dediklərini təkrar etmələri cəzasız qalmamalıdır, dövlət həmin şəxslərin ölkəyə gətirilməsini təmin etməlidir”.

Bu fikirləri Azərbaycanın Tehrandakı səfirliyinə hücumun xaricdə yaşayan “bloqer”lər tərəfindən İranın xeyrinə şərh edilməsini və onların dövləti ittiham etmələri haqqında danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, İranın ritorikası ilə internet kanallarda çıxış edənlər Azərbaycanın düşmənidirlər:

“Müxtəlif qurumlar, sosial şəbəkə istifadəçiləri birbaşa İran tərəfindən qidalandırılırdılar, onlara məlumtlar ötürülürdü, onlar da bu informasiyanı yazırdılar. Bunu adi gözlə də müşahidə etmək mümkün idi. Hesab edirəm ki, dövlət hər şeyi bilirdi, məqam gözləyirdi və qırmızı xətt keçiləndə əməliyyatlar aparıldı.

Azərbaycan hakimiyyətinin son baş verən hadisəyə qarşı mövqeyi, doğurdan da, çox sərt oldu. Bunu biz İrandan şəhidimizin nəşini gətirərkən də gördük. Guya onların fəxri qarovulu hava limanında mərasimlə təhvil vermək istəyərkən bizim Xarici Kəşfiyat Xidmətinin əməkdaşları tabutu onların əlindən zorla aldılar. Bunun özü də onu göstərir ki, Azərbaycanın münasibəti olduqca sərtdir, doğru olan da budur. Ona görə ki İran və əlaltıları həm daxildə, həm də Avropadan terror aktını məişət zəminində baş vermiş hadisə kimi cəmiyyətə sırımaq istəyirdi.

Hadisə məişət zəminində baş verməyib. Həmin şəxs əgər məişət zəminində bu işi görsəydi, kənarda hərəkət edərdi. Həmin küçə başdan-ayağa səfirliklərdir. Orada üç postdan keçilməlidir. O postdan iki odlu silahla keçməsi və davranışı onu deməyə əsas verir ki, hadisə planlaşdırılıb. Təxminən yarım saata qədər həmin şəxslə səfirliyin əməkdaşı süpürləşdi. O müddət ərzində İranın aidiyyəti qurumları əraziyə gəlmədi. Bunun özü də göstərir ki, terror aktı hazırlanıb. Sadəcə səfirlik əməkdaşının canını sipər etməsi və qəhrəman övladımızın terrorçunu tərk-silah etməsi İranın planını pozdu.

Plan pozulandan sonra digər məsələ işə düşməli idi. Adətən, belə şeylər hazırlananda onun informasiya sahəsində də idarəolunması planlaşdırılır. İranın planı da hadisənin ailə-məişət zəminində baş verməsini ortaya atmaq idi. Həmin şəxsin xanımının və qohumlarının dediklərindən belə məlum olur ki, o SEPAH-ın üzvüdür. Hazırlıqlı olub, İranın xaricdəki əməliyyatlarında iştirak edib. Onun silahla davranışı onu deməyə əsas verir ki, peşəkdardır.

Xaricdə olanların İranın ritorikası ilə danışmasının səbəbi ondan ibarətdir ki, bu cür çıxışlarla guya iqtidardan intiqam alırlar. Bütün dünyanın olmayacaq dərəcədə məlum hadisə ilə bağlı Azərbaycana dəstək verməsi onlara dərs olmalı idi. Buna baxmayaraq, onlar yenə də bu hadisədə mövcud iqtidarı günahlandırmağa çalışırlar. Bu ən azı insafsızlıq, mürvətsizlikdir. Bu onu göstərir ki, həmin adamların müxalifyönlü çıxışları İran xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. İran bu işlərdə yaxşı pul xərcləməyə həmişə hazırdı. Onlara yaxşı pul verərək alıblar. Həmin o şəxslər İranın versiyalarının üzərində işləyib və cəmiyyətə sırımağa başlayıblar. Həmçinin o şəxslərin alternativ kimi sığındıqları İranın yaydığı informasiya bizim cameə və izləyicilər tərəfindən ikrahla qarşılanır.

Bu onu göstərir ki, nəinki iqtidara, həmin şəxslər bütünlükdə ölkəmizə düşməndirlər. Ona görə də onlara qarşı adekvat tədbir görülməlidir. Aidiyyəti orqanlardan bunu tələb etməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv