“Xaricdəki diasporumuzun fəaliyyətini gücləndirməyə çalışanları ruhdan salırlar” – Orxan Həsənoğlu

“Azərbaycanın daxilində diaspora təşkilatlarımızın parçalanmasında maraqlı olan qüvvələr var”.

Bu fikirləri “Yeni Çağ” Media Qrupunun “Bizimkilər” verilişində çıxış edən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə münasibət bildirən O. Həsənoğlunun fikrincə, xaricdəki soydaşlarımız arasında həmrəyliyin yaranmamasına bir sıra amillər təsir göstərir:

“Ölkəmizdə diaspor təşkilatlarımızın parçalanmasında maraqlı olan qüvvələr möcvuddur. Onların fəaliyyəti nəticəsində həvəsli, öz karyerasında və diaspor sahəsində uğur qazanmaq istəyən azərbaycanlılar ruhdan düşürər. Təəssüf ki, bu vəziyyətin qarşısını almaq üçün hansısa mexanizm yoxdur”.

Gülşən Şərif

COP29