!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricə qaçan separatçı “ideoloq”ların Azərbaycana TƏHVİL VERİLMƏSİ: “Beynəlxalq hüququn imkanlarından...”

!Reklam – Yazi

“Müxtəlif ölkələrdə yerləşmiş separatçıların cəzalandırılması üçün beynəlxalq hüququn imkanlarından yararlanmaq lazımdır”.

Bu fikirləri Qarabağda məhv edilmiş separatçı rejimin müxtəlif ölkələrdə məskunlaşmış fiqurlarının Azərbaycana təhvil verilməsi imkanlarını şərh edən müstəqil siyasətçi Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, cinayətkar fəaliyyətlə məşğul olmuş separatçıların hər birinin ədalət mühakiməsinə verilməsi vacibdir:

“Azərbaycan xalqına qarşı müxtəlif cinayətlərə yol verən separatçıların hər birinin yerlərini müəyyənləşdirib cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Qaçan separatçıların cəzalandırılması üçün beynəlxalq hüququn imkanlarından da yararlanmaq mümkün və zəruridir.

Sözsüz ki, Ermənistana qaçan canilərin Azərbaycana təhvil verilməsi çətin olacaq. Həmin şəxslər “İnterpol” xətti ilə axtarışa verilməlidir. Onların insanlıq əleyhinə hərbi cinayətlər törətməkdə ittiham olunduqları bildirilməli, müvafiq sübutlar təqdim edilməlidir.

Cinayətkar şəxslərin yerləşdikləri ölkələrdən Azərbaycana təhvil verilməsinin təmin olunması üçün görülən işlər daha da intensivləşdirilməli, terrorçuların lazımi sübutlarla cinayət məsuliyyətinə cəlb edilmələri sürətləndirilməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv