!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xarici agentlər” hər şeydən MƏHRUM OLUNACAQ

!Reklam – Yazi

Rusiyada “xarici agentlər”i sözün əsl mənasında hər şeydən məhrum etmək təklif olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Volodin ukraynapərəstləri “yox etmək” qərarına gəlib. Onların əsərlərinə müəlliflik hüququ və əlaqəli hüquqlar üçün “xarici agentlər”ə pul ödəməyi qadağan etməyi təklif edib.

“Vətəndaşlarımızın hesabına Rusiyaya çamur atan əclaflara pul köçürməklə qidalandırmaq yolverilməzdir”, – Volodin deyib.

O, misal kimi “xarici agentlər”in reklamını qadağan edən qanunun effektivliyini göstərib.
Təşəbbüs bir neçə gün əvvəl qüvvəyə minsə də, artıq özünü effektiv göstərib.

Bəziləri redaksiya heyətini ixtisar edib, bəziləri layihənin bağlandığını elan edib.

Proqnozlara görə, “xarici agentlər” reklam gəlirlərinin 50-80%-ni itirəcəklər.

Müəlliflik hüququ ilə bağlı qonorar qadağası qəbul edilərsə, bu, artıq gəlirin 90%-nin itirilməsi deməkdir.

Xuraman Etibarlı

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv