!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici banklar Azərbaycan bazarından niyə ÜZ DÖNDƏRİR? – İqtisadçıdan İZAH

!Reklam – Yazi

“Xarici banklar Azərbaycanda özləri üçün iqtisadi cəhətdən sərfəli mühiti hiss etmirlər”.

Bunu xarici bankların Azərbaycan bazarına daxil olmaq istəməməsi ilə bağlı məsələni şərh edərkən iqtisadçı ekspert Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, yerli bank sektorunda inkişafa nail olduqdan sonra xarici bankların Azərbaycana daxil olması üçün real imkanların olacağını bildirib:

“Azərbaycanda bank sektorunda əsas problem sağlam rəqabət mühitinin formalaşmamasıdır. Çünki yerli banklar əsasən istehlak kreditlərinə, ticarətlə bağlı olan və idxalı stimullaşdıran sahələrə istiqamətlənib. Onların təklif etdikləri faizlər biznes, real istehsal, eləcə də iqtisadiyyat üçün sərfəli deyil. Bu şərtlər və faizlərlə istər xarici, istərsə də yerli banklar real iqtisadi inkişafa lazımi töhvə verə bilməz.

Ölkəmizdə bu sahəyə nəzər salsaq görərik ki, 3-4 güclü bank var. Onlar bank sektorunu, demək olar ki, idarə etmək baxımından ələ alıblar. Belə olan halda da digər banklar faktiki olaraq Azərbaycan iqtisadiyyatında cüzi paya malikdir. Ona görə də xarici banklar Azərbaycan bazarına daxil olmur. Çünki onlar daxil olmaq istədikləri ölkəni monitorinq edirlər.

Hazırda ölkəmizdə xarici banklar üçün müvafiq mühit formalaşmayıb. İlk olaraq yerli bankları normal şəkildə inkişaf etdirməliyik. Onların Mərkəzi Bankdan resurs almasını və o resursları ucuz faizlər hesabına iqtisadiyyata ötürməsini təmin etməliyik. Bunun üçün məqsədli kredit xətləri açılmalıdır. Digər tərəfdən xarici bank resurs mənbəsi kimi dollara üstünlük verəcək. Onlar Azərbaycan bazarına gəlsə və manatla kredit verməyə başlasa, risklərini artıracaq. Riskləri böyüdükcə, faizlərini artırmağa məcbur olacaqlar. Buna görə də xarici banklar Azərbaycanda özləri üçün iqtisadi cəhətdən sərfəli mühiti hiss etmirlər”.

Sadiq Cavadov

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv