!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici dil biliklərinin praktik İNKİŞAFI: “İngilis dilinin danışıq istiqamətinə tələbatın artması...”

!Reklam – Yazi

“Son dövrlər xarici dillərin, xüsusilə, ingilis dilinin danışıq istiqamətinə tələbat çoxdur”.

Bu fikirləri xarici dil üzrə danışıq bloku imtahanının bakalavr və magistratura səviyyəsində tətbiq edilməsi təklifinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son dövrlər xarici dillərin, xüsusilə, ingilis dilinin danışıq istiqamətinə tələbat daha da artıb.

“Hazırda müvafiq olaraq xarici dil üzrə keçirilən imtahanlar oxuyub-anlama və dinləmə əsasındadır. Namizədlərin danışıqla bağlı bilik və bacarıqları isə yoxlanılmır. Qarşıdakı dövr ərzində texniki imkanlar yaradılarsa, o zaman danışıq istiqamətində də bilik və bacarıqların yoxlanılması mümkün olacaq.

Son dövrlər xarici dillərin, xüsusilə, ingilis dilinin danışıq istiqamətinə tələbat çoxdur. Buna görə də hesab edirəm ki, namizədlərin bu istiqamətdə bilik və bacarıqlarının yoxlanılması vacibdir. Ən azı, ixtisaslı kadrların formalaşmasında təkanverici amil olduğu üçün bunu müsbət dəyərləndirmək olar.

Bakalavr və magistr pilləsində təhsil alan tələbələr xarici dil biliklərini inkişaf etdirmək üçün müəyyən hazırlıqlara yönəlirlər. Bu yenilik isə tələbələrin xarici dil baxımından inkişafını daha da sürətləndirir”.

Nuray Məmmədzadə

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv