Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xarici diplomatların Ağdama səfəri başa çatdı - FOTO / YENİLƏNDİ

Reklam: Sinerji Pro

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusun işğaldan azad olunan Ağdama səfəri başa çatıb.

Onlar səfərin sonunda birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, diplomatları Ağdama səfərdə

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

***

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfər çərçivəsində şəhərin gələcək inkişaf planı ilə tanış olublar.

Diplomatlarа şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, diplomatları səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

***

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

Diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyəti Şahbulaq qalasında olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib.

Diplomatlar həmçinin qalanın yaxınlığında yerləşən bulağı da ziyarət ediblər.

***

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

Diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

***

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov qonaqlara burada erməni vandalları tərəfindən törədilmiş vəhşiliklərdən və dağıntılardan danışıb.

Səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.

***

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqlarla tanış olublar.

Nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib.

Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.

Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

***

Xarici diplomatlar Ağdamda ermənilər tərəfindən dağıdılmış “İmarət” kompleksinə baş çəkib

Yenicag.az-ın məlumatına görə, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib.

Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, həmçinin İmarət kompleksində ermənilərin törətdiyi dağıntılardan danışıb.

***

Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.

Diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər çərçivəsində xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olacaq, eləcə də Ağdamın tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər.

www.yenicag.az

423
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100